"Hər kəs deyir ki, bir dəqiqəlik dayanmışdım, araşdıranda məlum olur ki..." » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

"Hər kəs deyir ki, bir dəqiqəlik dayanmışdım, araşdıranda məlum olur ki..."

"Hər kəs deyir ki, bir dəqiqəlik dayanmışdım, araşdıranda məlum olur ki..."

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi dayanma, durma və parklanma ilə bağlı avtomobil sürücülərinə müraciət edib.

Day.Az xəbər verir ki, İdarənin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov Trend-ə bildirib ki, dayanma, durma və parklanma prioritret məsələlərdəndir:

"Sürücülərin əksəriyyəti avtomobillərin parklanması ilə bağlı tərtib edilmiş protokollarla razılaşmır, şikayət edir. Bu gün Bakı şəhərində kifayət qədər avtomobil duracaqları var və bu duracaqlardan düzgün istifadə edilməlidir. Eyni zamanda, Bakı şəhərində 70-dən çox küçə və prospekt üzrə 300-ə yaxın parkomat var. Bu parkomatların ərazisində avtomobilləri düzgün, tələb edildiyi kimi park edin ki, yol polisi tərəfindən məsuliyyətə cəlb edilməyəsiniz. Hər kəs avtomobili düzgün saxlamalıdır. Buna qarşı təsirli tədbirlər görülür".

V.Əsədov bildirib ki, gün ərzində daxil olan şikayətlərin 75-80 faizi dayanma, durma və parklanma ilə bağlı inzibati məsuliyyətə cəlb edilənlərdən gəlir: "Hər kəs deyir ki, mən bir dəqiqəlik dayanmışdım, ancaq araşdıranda məlum olur ki, heç də belə deyil. İki hərəkət zolağı olan biristiqamətli yolun hərəkət hissəsində 30 saniyə dayanılması pik saatlarında 60-a yaxın sürücünün 5 dəqiqə ləngiməsi deməkdir. Ona görə də, dayanma, durma və parklanma ilə bağlı nəzarət gücləndirilib".

Mənbə: DAY.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *