Dayanma-durma qaydalarının tapdalandığı küçə – VİDEO
Nərimanov rayonu Aşıq Molla Cümə küçəsində sürücülər dayanma-durma qaydasını kütləvi şəkildə pozur.
Oxu.Az avtosfer.az-a istinadən xəbər verir ki, həmin küçədə hər istiqamətə bir zolaq var və yerə 1.1 xətti (düz xətt) çəkilib.
“Yol hərəkəti haqqında” Qanunun 52-ci maddəsində qeyd olunub ki, 1.1 xətti ilə dayanmış nəqliyyat vasitəsi arasında minimum 3 metr məsafə olmalıdır. Həmin küçədə düz xətlə avtomobillər arasında məsafə çox azdır. Bu da digər sürücülərin hərəkətinə maneə yaradır.
Mənbə:> Oxu.az