Parklanma qaydalarını pozanlar cərimələnəcəklər – VİDEO
Parkomat olan ərazilərdə ən çox rast gəlinən problem ya düzgün ödəniş etməmək, ya da ümumiyyətlə, ödəniş etmədən sutkalarla avtomobili orada saxlamaqla bağlı olur. Artıq bu kimi halların yaranmasına zəmin yaradanlar cəzalandırılacaqlar.
Belə problemlərin qarşısını almaq üçün yeni bir mexanizim hazırlanır. Bu məqsədlə İnzibati Xətalar Məcəlləsinə dəyişiklik ediləcək.
Oxu.Az “Xəzər Xəbər”ə istinadən məlumat verir ki, belə halların baş verməsində iştirak edən hər kəs cəzalandırılacaq. Bunun üçün cərimə məbləğləri də müəyyən edilib. Nəqliyyat vasitəsinin 24 saatdan artıq parklanma yerində saxlanmasına görə 20 manat məbləğində cərimə tətbiq ediləcək.
Bundan əlavə, müəyyən edilmiş ödəniş aparılmadan və ya ödəniş aparılmış müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən sürücünün parklanma yerini tərk etməsinə görə, eyni zamanda nəqliyyat vasitəsinin parklanma üsulunu pozana 10 manat cərimə tətbiq olunacaq.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Mənbə:> Oxu.az