Sürəti həddini aşan sürücülər böyük məbləğdə cərimələnəcəklər
İnzibati Xətalar Məcəlləsinin yeni redaktə olunan layihəsində nəqliyyat vasitələrinin hərəkət sürəti həddini aşmağa görə cərimə sanksiyaların sərtləşdirilməsi nəzərdə tutulur.
AzNews.info Interfax-Azerbaijan-a istinadən xəbər verir ki, məcəllənin mətni Azərbaycan Prezidenti Administrasiyası tərəfindən parlamentə təqdim olunub.
Layihənin 328-ci maddəsinə əsasən, yolda müəyyən edilmiş hərəkət sürətnini 10-20 km/saat həddində aşmağa görə - 10 manat məbləğində cərimə edilir.
Yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə - 50 manat, 41-60 km/saat həddində aşmağa görə - 150 manat, 61 km/saat və daha artıq aşmağa görə - 250 manat məbləğində cərimə edilir.
Qüvvədə olan İnzibati Xətalar Məcəlləsinə əsasən, yolda müəyyən edilmiş hərəkət sürətini 10-30 km/saat həddində aşmağa görə - 15-20 manat, 30-60 km/saat həddində aşmağa görə - 20-40 manat, 60 km/saat və daha artıq aşmağa görə - 40-60 manat məbləğində cərimə edilir.
Mənbə:> Interfax-Azerbaijan