Nazirlər Kabinetindən yeni - QƏRAR
Azərbaycanda xüsusi mühafizə olunan təbiət ərazilərindən və obyektlərində idman və ov ləvazimatlarının və nəqliyyat vasitələrinin istifadəsinə görə ödənişlərin məbləği müəyyən edilib.
Oxu.Az Azərbaycan qəzetinə istinadən, Nazirlər Kabineti tərəfindən bu gün təsdiqlənən “Xüsusi mühafizə olunan təbiət ərazilərindən və obyektlərindən elmi, mədəni, tədris, turizm və rekreasiya, məhdud təsərrüfat məqsədləri ilə ödənişli əsaslarla istifadə Qaydası və ödənişin məbləği” ilə bağlı qərara əsasən bu ərazi və obyektlərdə 1 gün ərzində istifadə edilən buz baltası üçün ödəniş məbləği 10 manat, gəzinti çubuqları üçün 3 manat, qayaya dırmanmaq üçün sığorta sistemi üçün 8 manat, qaya çəkici üçün 5 manat, dəbilqə üçün 2 manat, xüsusi eynək üçün 2 manat, kəndir üçün 3 manat, qıfılbənd (karabin) üçün 1 manat, buz caynağı (krampon) üçün 6 manat, dizlik üçün 2 manat, yataq kisəsi üçün 8 manat, çadır üçün 10 manat, sukeçirməyən gödəkcə üçün 5 manat, xüsusi yürüş ayaqqabısı üçün 5 manat, günlüyü olan papaq üçün 2 manat, papaq üçün 1 manat, bel çantası üçün 3 manat, fotoaparat üçün 5 manat, videokamera üçün 10 manat, GPS üçün 10 manat, kompas üçün 1 manat, binokl üçün 5 manat, durbin üçün 10 manat, qumquma (suqabı) üçün 1 manat, primus üçün 3 manat, alın fənəri üçün 1 manat, termos üçün 3 manat müəyyən edilib.
Xüsusi mühafizə olunan təbiət ərazilərində və obyektlərdə atdan 1 saat istifadə üçün ödənişin məbləği 10 manat, avtobus 1 saat üçün 20 manat, qar skuteri 1 saat üçün 10 manat, kvadrosikl 1 saat üçün 15 manat, 4x4 yolsuzluq avtomobili 1 saat üçün 15 manat, 1 saat üçün 2 yerlik avarlı qayıq 5 manat, 1 saat üçün 4 yerlik avarlı qayıq 10 manat, velosiped 1 saat üçün 1 manat, 1 gün üçün 5 manat olacaq.
Mənbə:> Oxu.Az