Vergilər Nazirliyi dövlət büdcəsinə 1,6 milyard manat ödədi
2015-ci ilin 3 ayı ərzində (yanvar-mart) Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 1 milyard 600 milyon 752,0 min manat vəsait daxil olub, proqnoz tapşırığına 103% əməl edilib.
Bu barədə Oxu.Az-a Vergilər Nazirliyindən məlumat verilib.
Nazirliyin məlumatına görə, qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmalarının məbləği 1 milyard 55 milyon 742 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8% çoxdur. Qeyri-neft-qaz sektorundan vergi daxilolmalarının ümumi daxilolmada xüsusi çəkisi 66 faiz təşkil edib.
Mənbə:> Oxu.Az