Bu sürücülər də cərimələnəcək
Sürət həddini 10 km/saat aşmağa görə cərimələrin tətbiq olunmasına başlanılıb.
AzNews.info-nun ANS TV-yə istinadən məlumatına görə, indiyədək qanunvericilikdə nəzərdə tutulan sürət həddini 10-20 km aşmağa görə cərimə tətbiq olunmurdu. Yəni, bu qayda pozuntusu üçün radara düşənə rast gəlinmirdi. Amma son vaxtlar bu cür sürücülərin sayı artıb.
Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirdi ki, artıq yollarda müəyyən edilmiş sürət həddini 10 km-dən artıq aşan sürücüləri də radar çəkir və onların ünvanına müvafiq məktub göndərilir. Bununla bağlı sürücülərə sms göndərilir. Əvvəllər sms sistemi işləmədiyindən bu sistem tətəbiq olunmurdu. Artıq sistemin tətbiqinə tam olaraq başlanılıb.
Odur ki, sürücülər diqqətli olsalar daha yaxşı olar. Əks halda 10 manatlarından keçməli olacaqlar.
Mənbə:> ANSPRESS