Yol polisi binaların həyətində də sürücüləri cərimələyəcək
Binaların həyətində avtomobili düzgün park etməyənlər cərimə olunacaq.
AzNews.info-nun Xezerxeber.az-a istinadən məlumatına görə, söhbət öz avtomobili ilə digərlərinin qarşısını kəsən, hərəkətinə mane olan və ya yolu bağlayan sürücülərdən gedir.
Belə halla qarşılaşanlar vaxt itirir və səs siqnalını verməklə evdə oturanları da narahat edirlər. Hətta düzgün saxlanılmamış avtomobilin nömrəsini elan edənlər də olur.
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi Vaqif Əsədov bildirib ki, həmin sürücülər bina sakinlərinin şikayəti əsasında cərimələnəcəklər. Dayanma və durma qaydasını pozduğuna görə onların cəriməsi 20 manat olacaq.
Mənbə:> XəzərXəbər