SOCAR-ın üstünə boru düşən işçisi öldü
SOCAR-ın Kompleks Qazma İşləri Trestinin 490 saylı quyunun istehsalat sahəsində aparılan qazma işləri zamanı baş verən qəzada xəsarət alan işçilərdən digəri də ölüb.
Bu barədə Baku Medical Plazadan APA-ya bildirilib. Ağır kəllə-beyin xəsarəti alan qazma köməkçisi, 1965-ci il təvəllüdlü Fikrət Gözəlovun meyiti artıq ailəsinə təhvil verilib.
Qeyd olunub ki, xəstəxanaya gətirildiyi gün onda beyin ölümü başlayıbmış. Həkimlərin səylərinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, noyabrın 3-də “Qaradağ” sahəsindəki 490 saylı quyuda qazma prosesi zamanı qəbul meydançasından köməkçi bucurqad vasitəsilə yuxarı işçi meydançaya qaldırılan borulardan biri yırğalanıb və Kompleks Qazma İşləri Trestinin “Qaradağ-Qalmaz” İstehsalat Bölümünün qazmaçı köməkçiləri 1965-ci il təvəllüdlü Gözəlov Fikrət Alıkişi oğluna və 1964-cü il təvəllüdlü Ədilov Cavad Əlibala oğluna xəsarət yetirib. Xəsarət alan digər qazma köməkçisi Cavad Ədilov lazımi müayinələrdən keçirildikdən sonra həmin gün evə buraxılıb.
Mənbə:> APA