SOCAR qazma işlərinin həcmini azaltdı
Dövlət Neft Şirkəti (SOCAR) 2015-ci ilin yanvar-iyul ayları ərzində 62 624 metr qazma işi həyata keçirib. Bu da 2014-cü ilin anoloji dövrü ilə müqayisədə 22,8% və ya 62 624 min metr azdır.
Bu barədə Oxu.Az-a SOCAR-dan bildirilib.
Şirkətin məlumatına görə, təkcə iyul ayında (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 9188 metr qazma işi həyata keçirilib. Bu sahədə görülmüş işlərin hamısı istismara aid olub.
Qeyd edək ki, iyul ayı ərzində qazmadan alınmış 7 quyu, ilin əvvəlindən isə 42 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.
Onu da əlavə edək ki, SOCAR 2015-ci ilin iyun ayı ərzində SOCAR (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 9518 metr qazma işi həyata keçirmişdi.
Mənbə:> Oxu.Az - Ülviyyə R. Əli