SOCAR neft hasilatını artırdı » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

SOCAR neft hasilatını artırdı

SOCAR neft hasilatını artırdı


Dövlət Neft Şirkəti(SOCAR) 2015-ci ilin may ayında 706.5 min ton neft hasil edib. Bu da 2014-cü ilin analoji dövrü ilə müqayisədə 9,4 min ton və ya 1,31% azdır.

Oxu.Az SOCAR-a istinadən xəbər verir ki, şirkət 2015-ci ilin aprel ayı ilə müqayisədə mayda neft hasilatını 22,3 min ton və ya 3,2% artırıb.

Ümumilikdə, SOCAR 2015-ci ilin yanvar-may aylarında 3 milyon 462,1 min ton neft hasil edib ki, bu da 2014-cü ilin analoji dövrünün göstəricisindən 1,2% azdır.

SOCAR bildirir ki, may ayında Azərbaycan üzrə neft hasilatı 3 milyon 426.3 min ton təşkil edib. Bu da 2015-ci ilin aprel ayının göstəricisindən 123 min ton azdır.

Qeyd edək ki, bir müddət əvvəl Energetika naziri Natiq Əliyev “Xəzər Neft və Qaz” konfransında bildirmişdi ki, Azərbaycan neft hasilatını sabit saxlamaq niyyətindədir:

“O, bildirmişdi ki, hazırda Azərbaycanda 42 milyon ton neft, 29 milyard kubmetr qaz hasil edilib.

“Qaz istehsalını 2 dəfə artırmaq, neft hasilatını isə hələlik sabit saxlamaq niyyətindəyik”, - deyə nazir əlavə etmişdi.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *