SOCAR qaz hasilatını azaldıb » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

SOCAR qaz hasilatını azaldıb

SOCAR qaz hasilatını azaldıb


SOCAR 2015-ci ilin yanvar-fevral aylarında 1 milyard 89,3 milyon kubmetr qaz hasil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 17,3% azdır.

Bu barədə Oxu.Az-a Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.

SOCAR-ın məlumatına görə, ümumilikdə cari ilin yanvar-fevral aylarında Azərbaycan üzrə 4 milyard 826 milyon kubmetr qaz hasil olunub ki, bu da 2014-cü ilin yanvar-fevral aylarının göstəricisindən 5,1% azdır.

Məlumat üçün bildirək ki, 2015-ci ilin fevral ayında SOCAR 519,1 milyon kubmetr qaz hasil edib, ölkə üzrə 2 milyard 330 milyon kubmetr qaz hasil olunub.

Qeyd edək ki, Azərbaycanda qaz hasilatının ümumi həcmi 29 milyard 615,3 milyon kubmetr təşkil edib ki, bunun da 7,2 mlrd. kubmetrdən çoxu SOCAR-ın payına düşüb.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *