SOCAR qazma işlərinin həcmini azaltdı » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

SOCAR qazma işlərinin həcmini azaltdı

SOCAR qazma işlərinin həcmini azaltdı


2015-ci ilin may ayında şirkət (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 10 775 metr qazma işi həyata keçirib. Bu da 2015-ci ilin aprel ayının göstəricisindən 1.618 metr azdır.

Bu barədə Oxu.Az-a Dövlət Neft Şirkətindən (SOCAR) bildirilib.

Bundan başqa, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 4 860 metr və 31% azdır.

Ümumiyyətlə, 2015-ci ilin yanvar-may aylarında SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 43 918 metr qazma işi görülmüşdür ki, bunun da 42 918 metri istismara, 1 000 metri isə kəşfiyyata aid olub.

Qeyd edək ki, ilin əvvəlindən qazmadan alınmış 28 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.

Mənbə: Oxu.Az - Ülviyyə R.Əli
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *