Azərbaycanda boşanmaların acınacaqlı – STATİSTİKASI
Bu ilin ilk ayı ərzində Azərbaycanda rəsmi orqanlar tərəfindən 5,6 min nikah qeydə alınıb.
Dövlət Statistika Komitəsindən Oxu.Az-a verilən məlumata görə, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə nisbətən çoxdur. Belə ki, ötən ilin yanvar ayında Azərbaycanda rəsmi orqanlar tərəfindən 5,4 min nikah qeydə alınıb.
Bu il qeydə alınan boşanmaların sayı da ötən ilin müvafiq dövrü ilə müqayisədə bir qədər çoxdur. Bu ilin yanvar ayında ölkədə rəsmi orqanlar tərəfindən 1,1 min boşanma halı baş verib. Ötən ilin yanvar ayında isə bu göstərici 1,0 min olub.
Bu il əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı 6,9, boşanmaların sayı isə 1,4 olub.
Qeyd edək ki, Azərbaycanda 2013-cü illə müqayisədə 2014-cü ildə nikahların sayı azalıb, boşanmaların sayı isə artıb. Ötən il Azərbaycanda 12,1 min nəfər boşanıb, 84,9 min nəfər nikah bağlayıb.
Mənbə:> Oxu.Az