Azərbaycan əhalisinin sayı artdı – SON RƏQƏMLƏR
Bu il oktyabr ayının 1-nə Azərbaycan əhalisinin sayı 9 564,4 min nəfərə çataraq, ilin əvvəlindən 87,3 min nəfər və ya 0,9% artıb.
AZXEBER.COM-un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əhalinin bir kvadrat kilometrə düşən sıxlığı 110 nəfər olub.
Hər 1000 nəfər kişiyə qadınların sayı 1011 nəfər təşkil edir. Əhalinin ümumi sayının 53,2%-i şəhər, 46,8%-i isə kənd sakinləridir.
Bu ilin yanvar-sentyabr ayları ərzində ölkədə 128,1 min körpə doğulub və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə hesabı ilə bu göstərici 17,9-dan 18,2-yə qədər artıb. Doğulanların 53,6%-ni oğlan, 46,4%ni isə qız uşaqları təşkil edir. Körpələrin 2 308-i əkiz, 48-i isə üçəm doğulub.
Bu ilin 9 ayı ərzində ölkədə 41,6 min ölüm halı qeydə alınıb və hər 1000 nəfər əhaliyə hesabı ilə bu göstərici 5,9 təşkil edib.
Mənbə:> AZXEBER.COM