SOCAR: Yeni quyu istismara verildi » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

SOCAR: Yeni quyu istismara verildi

SOCAR: Yeni quyu istismara verildi


SOCAR-AQŞ 11 saylı stasionar dəniz özülündən layihə dərinliyi 3128 m olan 344 saylı quyunun tikintisi işlərini təhlükəsiz, ətraf mühitə heç bir ziyan vurmadan, vaxtından əvvəl yekunlaşdırıb.

Oxu.Az-a SOCAR-AQŞ-dən verilən məlumata görə, 344 saylı quyuda qazma işlərinə 2015-ci il aprelin 6-da başlanılıb. Fasilə Lay Dəstəsinə (FLD) qazılan quyuda qazma cari ilin mayın 28-də yekunlaşıb, quyuya istismar kəmərı endirilib, sementlənib və kipliyi yoxlanılıb.

Məlumat üçün qeyd edək ki, sifarişçi tərəfindən “Fasilə” Lay Dəstəsinə qazılan quyuların qazma ilə yekunlaşdırılması üçün ən azı 90 gün vaxt müəyyən edilsə də əməliyyatlarında yeni idarəetmə üsulları, yeni texnologiya, standartlar və yeni yanaşma tətbiq edən SOCAR-AQŞ sifarişçi tərəfindən təyin edilən müddəti xeyli qabaqlayır.

344 saylı quyunun gündəlik 60 ton neft həcmində hasilatla istismar fonduna qəbul ediləcəyi gözlənilir.

"Əminik ki, dəyərlərinə daim sadiq qalan SOCAR-AQŞ həmişə olduğu kimi bu və növbəti quyuları da Sağlamlıq, Texniki Təhlükəsizlik və Ətraf Mühitin Mühafizəsi (STTƏMM) tələblərinə uyğun, heç bir mürəkkəbləşməyə yol vermədən, nəzərdə tutulan vaxtdan tez və iqtisadi səmərəli şəkildə tikərək sifarişçiyə təhvil verəcək"-deyə, şirkət bildirir.

Məlumat üçün bildirək ki, sifarişçi SOCAR-ın “Azneft” İstehsalat Birliyidir.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *