SOCAR Novorossiysk limanından neft nəqlini bərpa etdi » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

SOCAR Novorossiysk limanından neft nəqlini bərpa etdi

SOCAR Novorossiysk limanından neft nəqlini bərpa etdi


SOCAR 2015-ci ilin iyul ayında Novorossiysk limanından 167 min 711 ton xam neft ixrac edib.

Bu barədə Oxu.Az-a Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) bildirilib.

Şirkətin məlumatına görə, Supsa və Ceyhan limanlarından ixrac edilən neftin həcmi bir ayda azalıb:

Belə ki, Supsa limanından 84 min 736 ton, Ceyhan limanından isə 1 milyon 196 min 306 ton xam neft ixrac edilib.

SOCAR 2015-ci ilin iyun ayında isə Supsa limanından 339 min 20 ton, Ceyhan limanından 1 milyon 925 min 699 ton xam neft ixrac etmişdi.

“Ümümilikdə yanvar-iyul ayları ərzində Novorossiysk limanından 845 min 757 ton, Supsa limanından 1 milyon 609 min 636 ton, Ceyhan limanından isə 10 milyon 400 min 254 ton xam neft ixrac edilib. SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir”-deyə, Dövlət Neft Şirkəti qeyd edib.

Qeyd edək ki, SOCAR 2015-ci ilin iyun ayında Novorossiysk limanından neft nəqlini dayandırmışdı.

Mənbə: Oxu.Az - Ülviyyə R.Əli
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *