Azərbaycan neftinin qiyməti artıb » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Azərbaycan neftinin qiyməti artıb

Azərbaycan neftinin qiyməti artıb


CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 20-də 63,42 dollar/barel təşkil edib.

ARDNŞ-dan Oxu.Az-a verilən məlumata görə, cümə günü neftin qiyməti cümə axşamına nisbətən 1,53 dollar/barel artıb.

“Azeri Light” neft növü Azərbaycanın “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Türkiyənin Ceyhan, dəmiryolla Gürcüstanın Batumi limanlarına çatdırılır. Bununla yanaşı, “Azeri Light” Bakı-Supsa kəməri ilə Gürcüstanın Supsa limanına ixrac olunur.

ARDNŞ-dən bildiriblər ki, Türkiyənin Ceyhan limanı şərtləri ilə FOB basizi üzrə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 20-də 62,49 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,53 dollar/barel çoxdur.

Azərbaycan neftin URALS növünü Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti fevralın 20-də 58,67 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,76 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti fevralın 20-də 60,70 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 2,11 dollar/barel çoxdur.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *