Neft bahalaşdı
Dünya birjalarında neftin qiyməti yenidən bahalaşıb.
ANS PRESS-in məlumatına görə, Nyu-Yorkun NYMEX birjasında "Layt" markalı neftin bir barelinin qiyməti 2.80 dollar bahalaşaraq 56.91 dollar, Londonun ICE birjasında isə "Brent" markalı neftin bir barelinin qiyməti 2.88 dollar artaraq 62.15 dollar olub.
Hərracların nəticələrinə əsasən, dünən Brent markalı neftin fyuçerslərinin dəyəri 3,13% yüksəlib. WTI markalı yüngül neftin yanvar fyuçerslərinin qiyməti 4,22% artaraq bir barel üçün 56,76 dollara çatıb.
Ekspertlər qiymətinin artımını sərmayədarların bu ili üstünlükdə yekunlaşdırmaq qərarı ilə izah ediblər.
Üç gün əvvəl isə Brent markalı neftin fyuçersləri 3,77%-dək ucuzlaşaraq, bir barel üçün 58,84 dollar təşkil edib.
Xatırladaq ki, Azərbaycan nefti adətən "Brent" markalı neftdən 1-2 dollar daha baha satılır. Gələn ilin büdcəsində neftin qiyməti 90 dollar nəzərdə tutulub.
Mənbə:> ANSPRESS