Azərbaycan neftinin qiyməti artıb
Ötən həftə - 19-23 yanvar tarixlərində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftin orta qiyməti 49,69 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 0,48 dollar/barel çoxdur.
AzNews.info-nun Trend-ə istinadən məlumatına görə, 19-23 yanvar həftəsində AZERI LT-nin qiyməti maksimum 49,95, minimum isə 49,36 dollar/barel təşkil edib.
19-23 yanvar həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftin qiyməti 44,37 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin qiymətindən 1,08 dollar/barel çoxdur.
19-23 yanvar URALS-ın qiyməti maksimum 44,61, minimum isə 44,19 dollar/barel olub.
URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir, kükürdün miqdarı isə 1,3 faizdir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq, bu neftin spesifik xüsusiyyətləri dəyişir.
19-23 yanvar həftəsində "Brent Dated" növünün orta qiyməti 46,87 dollar/barel təşkil edib. Bu rəqəm ötən həftəkindən 0,34 dollar/barel çoxdur.
Ötən həftə "Brent"in maksimum qiyməti 47,01 dollar, minimum isə 46,6 dollar/barel təşkil edib.
Mənbə:> Trend