SOCAR dövlət büdcəsinə ödənişləri azaltdı » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

SOCAR dövlət büdcəsinə ödənişləri azaltdı

SOCAR dövlət büdcəsinə ödənişləri azaltdı


Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) dövlət büdcəsinə ödənişləri 2015-ci ilin iyun ayında 132 milyon 96 min manatdan (may ayının göstəricisi) 123 milyon 688 min manata düşüb.

Oxu.Az xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.

Şirkətin məlumatına görə, ümumiyyətlə, 2015-ci ilin yanvar-iyun aylarında büdcəyə 728 milyon 730 min manat vəsait ödənilib.

Bundan əlavə, cari ilin iyun ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 11 milyon 942 min manat vəsait köçürüb.

Bu göstərici 2014-cü ilin iyun ayı ilə müqayisədə 143 min manat və ya 101,2% çox olub.

Ümumiyyətlə, 2015-ci ilin yanvar-iyun aylarında Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 69 milyon 784 min manat təşkil edib.

Mənbə: Oxu.Az - Ülviyyə R.Əli
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *