SOCAR qazma işlərinin həcmini artırdı
2015-ci ilin avqust ayı ərzində Dövlət Neft Şirkəti (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 9643 metr qazma işi həyata keçirib. Bu da 2015-ci ilin iyul ayı ilə müqayisədə 455 metr çoxdur.
SOCAR bildirib ki, bu sahədə görülmüş işlərin hamısı istismara aid olub.
Ümumiyyətlə, 2015-ci ilin yanvar-avqust aylarında SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 73 963 metr qazma işi görülüb ki, bunun da 72 963 metri istismara, 1000 metri isə kəşfiyyata aid olub.
Qeyd edək ki, avqust ayı ərzində qazmadan alınmış 3, ilin əvvəlindən isə 45 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.
Mənbə:> Oxu.Az - Ülviyyə R.Əli