SOCAR Novorossiysk limanından neft nəqlini azaltdı
Dövlət Neft Şirkəti (SOCAR) 2015-ci ilin avqust ayında Novorossiysk limanından 84 min 913 ton xam neft ixrac edib. Bu isə iyul ayının göstəricisindən 82 min 798 ton azdır.
Bu barədə Oxu.Az-a şirkətdən bildirilib.
SOCAR-ın məlumatına görə, Supsa limanından 254 min 422 ton, Ceyhan limanından 871 min 787 ton xam neft ixrac edilib.
Ümumilikdə yanvar-avqust ayları ərzində Novorossiysk limanından 930 min 671 ton, Supsa limanından 1 milyon 864 min 59 ton, Ceyhan limanından isə 11 milyon 272 min 41 ton xam neft ixrac edilib.
SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.
Qeyd edək ki, SOCAR 2015-ci ilin iyun ayında Novorossiysk limanından neft nəqlini dayandırmışdı.
Mənbə:> Oxu.Az