2 milyon tondan çox Azərbaycan nefti dünya bazarına çıxarıldı
2015-ci ilin iyul ayı ərzində 2 milyon 382 min 65 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb.
Oxu.Az SOCAR-ın məlumatına istinadla xəbər verir ki, bu həcmin 1 milyon 628 min 822 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib.
Cari ilin yanvar-iyul aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 16 milyon 991 min 794 ton təşkil edib.
Ümumiyyətlə, BTC istismara verilən gündən 2015-ci il avqust ayının 1-ə qədər Ceyhan limanından 279 milyon 459 min 854 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.
Mənbə:> Oxu.Az