BTC ilə nəql olunan Azərbaycan neftinin həcmi açıqlandı
2015-ci ilin iyul ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 614 min 50 ton Azərbaycan nefti nəql olunub.
Oxu.Az SOCAR-ın məlumatına istinadla xəbər verir ki, cari ilin yanvar-iyul aylarında bu kəmərlə 16 milyon 859 min 504 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2015-ci il avqust ayının 1-ə qədər BTC-yə 280 milyon 684 min 200 ton neft vurulub.
Bundan başqa, 2015-ci ilin iyul ayında BTC kəməri ilə 378 min 753 ton Qazaxıstan və Türkmənistan nefti nəql olunub.
Mənbə:> Oxu.Az