SOCAR-ın neft buruğunda faciə » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Kriminal

SOCAR-ın neft buruğunda faciə – YENİLƏNİB

SOCAR-ın neft buruğunda faciə


Qaradağ rayonu ərazisində yerləşən Azneft istehsalat birliyinin buruğunda faciə baş verib.

AzNews.info Yenicag.az-a istinadən xəbər verir ki, buruğda boru 52 yaşlı Gözəlov Fikrət Alıkişi və 54 yaşlı Ədilov Cavad Əlibala oğlunun üstünə düşüb.

Ağır xəsarətlər alan işçilər xəstəxanaya çatdırılıb. Fikrət Gözəlov aldığı xəsarətlərlə xəstəxanada dünyasını dəyişib.

Digər yaralının vəziyyəti isə orta ağır kimi qiymətləndirib. Faktla əlaqədar araşdırmalar aparılır.

Lakin, SOCAR-ın yaydığı məlumatda bildirilir ki, qəza zamanı ölən olmayıb:

“Qaradağ” sahəsindəki 490 saylı quyuda qazma prosesi zamanı qəbul meydançasından köməkçi bucurqad vasitəsilə yuxarı işçi meydançaya qaldırılan borulardan biri yırğalanıb və Kompleks Qazma İşləri Trestinin “Qaradağ-Qalmaz” İstehsalat Bölümünün qazmaçı köməkçiləri 1965-ci il təvəllüdlü Gözəlov Fikrət Alıkişi oğluna və 1964-cü il təvəllüdlü Ədilov Cavad Əlibala oğluna xəsarət yetirib.

Məlumata əsasən, hər iki zərərçəkən təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb: “Hazırda xəsarət alan qazmaçılar xəstəxanada müalicə alırlar. Qazma prosesi zamanı xəsarət alan neftçilərin vəziyyəti qənaətbəxşdir”.

Mənbə: Yenicag.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Народ у кого старый комп или ноут есть отличный способ при помощи небольшого патча можно играть
в любые современные игры с высокими настройками даже на самых слабых ПК. (Через сервис PLAYKEY)
GRAND THEFT AUTO V, ВЕДЬМАК 3, ASSASSIN'S CREED ORIGINS, COUNTER-STRIKE, WORLD OF TANKS и.т.д
Патч для бесплатного пользования сервисом скачивайте здесь.
Видео по установке и настройке патча смотрите тут.

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *