Göyçayda partlayış: Ölən var » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Kriminal

Göyçayda partlayış: Ölən var – YENİLƏNİB

Göyçayda partlayış: Ölən var


Göyçay rayonunda fərdi yaşayış evində baş verən partlayış və yanğın zamanı ağır yanıq xəsarətləri alan bir ailənin 4 üzvündən biri dünyasını dəyişib.

AzNews.info-nun APA-ya istinadən xəbərinə görə, bu gün səhər saat 8:00 radələrində rayonun Malı-şıxlı kənd sakini 1980-ci il təvəllüdlü Həşimov Atəş Millət oğluna məxsus evdə baş verən hadisə zamanı Atəş Həşimov, həyat yoldaşı 1982-ci il təvəllüdlü Həşimova Kəmalə Rza qızı, övladları-2006-cı il təvəllüdlü Həşimova Səbinə Atəş qızı və 2009-cu il təvəllüdlü Həşimov Samir Atəş oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq 34 yaşlı Kəmalə Həşimova aldığı ağır xəsarətlər səbəbindən xəstəxanada dünyasını dəyişib. Ailənin digər üzvlərinin həyatı xilas edilib. Lakin, onların vəziyyəti ağır olduğu üçün tibbi yardım göstərildikdən sonra müalicə üçün Bakı şəhərinə, Respublika Yanıq Mərkəzinə yola salınıblar.

Qeyd edək ki, partlayışdan sonra yanğın baş verən mənzilə FHN-nin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Evin bir otağı yansa da qalan hissəsi alovdan mühafizə olunub.

Evdə qaz sızması nəticəsində partlayış və yanğının olduğu deyilsə də qonşuların sözlərinə görə ötən gecə səhərədək Mallı-şıxlı kəndində güclü şimşəklə müşaiyyət olunan leysan yağışının yağması zamanı qəflətən həmin mənzili ildırım vurub və nəticədə güclü partlayış və yanğın baş verib.

Hazırda hər iki versiya üzrə araşdırmalar davam etdirilir.

09:46

Göyçay rayonunda fərdi yaşayış evində qaz sızması partlayışa və yanğına səbəb olub, bir ailənin 4 üzvü yanıq xəsarətləri alıb.

AzNews.info xəbər verir ki, APA-nın yerli bürosunun xəbərinə görə, bu gün saat 08:00 radələrində rayonun Malı-Şıxlı kənd sakini, 1980-ci il təvəllüdlü Həşimov Atəş Millət oğluna məxsus evin mətbəxində qaz sızması baş verib.

Hadisə zamanı ev sahibi Atəş Həşimov, həyat yoldaşı, 1982-ci il təvəllüdlü Həşimova Kəmalə Rza qızı, övladları - 2006-cı il təvəllüdlü Həşimova Səbinə Atəş qızı və 2009-cu il təvəllüdlü Həşimov Samir Atəş oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Göyçay Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Hadisə yerinə FHN-in Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Evin bir otağı yansa da, qalan hissəsi alovdan mühafizə olunub.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Are generic for male enhancement viagra sale srbija can you buy viagra pills sale Viagra Zespol.

Choose the perfect viagra tablets for more ignitions. | Ready to become sexual later tonight? buying viagra help increase my blood flow? Online pharmacies make it easy to buy viagra cheap . Get one now! People should shop online and enjoy the lowest order cialis online will ship fast and safe. the best dealDon't let your age control your sex life. Visit cialis online no prescription at any time.

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *