“Neft Daşları”nda yeni quyu qazılır
SOCAR məlumat yaydı.
“Neft Daşları” yatağındakı 418A saylı estakadayanı meydançadan 2617 nömrəli quyuda qazma işlərinə başlanılıb.
Oxu.Az SOCAR-ın saytına istinadən məlumat verir ki, “Azneft” İstehsalat Birliyi “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qala Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1070 metrdir.
Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 10 ton neft hasil olunacağı nəzərdə tutulur.
Mənbə:> Oxu.Az