"Neft Daşları" yatağında layihə üzrə işlər yekunlaşdı
Dövlət Neft Şirkətinin (SOCAR) “Neftqaztikinti” tresti “Azneft” İstehsalat Birliyinin sifarişi ilə ''Neft Daşları'' yatağındakı 619-810 saylı estakadayanı meydançalar və 810 saylı meydança ilə 1887 saylı stasionar dəniz özülü arasında yüksək təzyiqli su xəttinin çəkilməsi məqsədi ilə həyata keçirdiyi layihə üzrə tikinti-quraşdırma işləri yekunlaşıb.
Bu barədə Oxu.Az-a SOCAR-dan bildirilib.
Layihə çərçivəsində Trest tərəfindən 619-810 saylı estakadayanı meydançalar arasında uzunluğu 2,7 kilometr və 810 saylı estakadayanı meydança ilə 1887 saylı SDÖ arası uzunluğu 2,1 kilometr olan boru xətti çəkilib.
Qeyd edək ki, məhsuldarlığı gün ərzində 1500 kubmetr olan borunun işçi təzyiqi 10,0 MPa, diametri 300 millimetrdir. Layihə üzrə 2014-cü ilin sentyabrında başlanılmış və cari ilin mayında sona çatdırılıb tikinti-quraşdırma işləri “Neftqaztikinti” trestinin 2 saylı Tikinti Quraşdırma İdarəsi tərəfindən yerinə yetirilib.
Mənbə:> Oxu.Az