Bakıda 18 saylı avtobus qəza törətdi
Bakının Yasamal rayonunda avtobusla minik maşını toqquşub.
ANS PRESS-in məlumatına görə, 27 yaşlı Nurəli Məmmədovun idarə etdiyi “Daevoo” markalı avtobus Məhəmməd Xiyabani küçəsi ilə Bakı dairəvi yolu istiqamətində hərəkətdə olan zaman əks tərəfdən gələn 21 yaşlı Vəli Şıxəlizadənin idarə etdiyi “Hyundai” markalı avtomobillə toqquşub.
18 saylı marşurut xətti üzrə hərəkət edən avtobus dayanacağa getdiyi üçün maşında sərnişin olmayıb.
Qəza ilə bağlı araşdırma aparılır. Qəzanın hansı səbəbdən baş verməsi təyin olunan avtotexniki ekspertizaların rəyindən sonra məlum olacaq.
Mənbə:> ANSPRESS