“Neft Daşları”nda yeni quyu istismara verildi
“Neft Daşları” yatağındakı 2150 nömrəli meydançadan 2156 nömrəli quyu qazmadan sonra istismara verilib.
Oxu.Az SOCAR-ın aytına istinadən məlumat verir ki, Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməki Üstü Qumlu Lay Dəstəsinə qazılan quyu 1601-1593 metr intervaldan sutkalıq 10 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.
Qeyd edək ki, quyu “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə qazılıb.
Mənbə:> Oxu.Az