“Azneft” bu il yeni quyulardan hasil etdiyi neftin həcmini açıqladı » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

“Azneft” bu il yeni quyulardan hasil etdiyi neftin həcmini açıqladı

“Azneft” bu il yeni quyulardan hasil etdiyi neftin həcmini açıqladı


Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyində nəzərdə tutulmuş 5 mln. 93,5 min tona qarşı 5 mln. 162,5 min ton neft hasil edilib.

SOCAR-dan Oxu.Az-a verilən məlumata görə, bu da proqnozdan 1,5% artıqdır.

SOCAR-dan bildirilib ki, həmin dövrdə 4,3 mlrd. kubmetrə qarşı 4,6 mlrd. kubmetr qaz hasil edilib ki, qaz hasilatı proqnozu 7,9% üstələyib.

“Bu ilin 9 ayında fəaliyyətsiz quyu fondundan 83 quyu istismara qaytarılıb, bu quyulardan əlavə 39,5 min ton neft alınıb. İlin əvvəlindən 558 geoloji, texniki və texnoloji tədbir həyata keçirilib, nəticədə əlavə olaraq 239 min tona yaxın neft hasil edilib.

Qazma işlərinin həcmi genişləndirilib, Birliyin sifarişi əsasında 56 quyu qazılaraq istismara verilib. Yeni quyulardan 118,7 min ton neft çıxarılıb” - deyə, SOCAR-dan bildirilib.

Mənbə: Oxu.Az - Ülviyyə R.Əli
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *