“Neft Daşları”nda yeni quyu
“Neft Daşları” yatağındakı 1954A nömrəli estakadayanı meydançada 2681 nömrəli quyu qazmadan sonra istismara verilib.
Oxu.Az SOCAR-ın saytına istinadən məlumat verir ki, Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməki Altı Lay Dəstəsinə qazılan quyu fontan üsulu ilə məhsul verib, 1346-1340 metr intervaldan sutkalıq 12 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.
Qeyd edək ki, quyu “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə qazılıb.
Mənbə:> Oxu.Az