SOCAR qazma işlərinin həcmini azaltdı
Dövlət Neft Şirkəti (SOCAR) 2015-ci ilin yanvar-oktyabr aylarında qazma işlərinin həcmini 2014-cü ilin analoji dövrü ilə müqayisədə 14,1% və ya 92,323 min metrədək azaldıb.
Oxu.Az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.
Qeyd edək ki, 2015-ci ilin yanvar-oktyabr aylarında SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 92323 metr qazma işi görülüb ki, bunun da 91323 metri istismara, qalanı isə kəşfiyyata aid olub.
Bundan başqa, şirkətdən verilən məlumata görə, cari ilin oktyabr ayı ərzində SOCAR tərəfindən (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 9174 metr qazma işi həyata keçirib. Bu da ötən ilin anoloji dövrü ilə müqayisədə 5,3% çoxdur.
Onu da əlavə edək ki, SOCAR-dan bildirilib ki, oktyabr ayı ərzində qazmadan alınmış 4, ilin əvvəlindən isə 59 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.
Mənbə:> Oxu.Az