SOCAR neft hasilatını azaltdı
Dövlət Neft Şirkəti (SOCAR) 2015-ci ilin sentyabr ayında 674,8 min ton neft hasil edib. Bu da ötən ilin anoloji dövrü ilə müqayisədə, 12 min ton və ya 1,7% azdır.
Virtualaz.org bildirir ki, bu barədə məlumatı şirkətin sayt yayıb.
Məlumata görə, sentyabr ayında Azərbaycan üzrə neft hasilatı 3 milyon 501 min ton təşkil edib. Cari ilin yanvar aynda isə bu rəqəm 3 milyon 667,6 min ton idi.
Ümumilikdə, şirkət bu ilin 9 ayında 6 milyon 214,1 min ton neft hasil edib ki, bu da ötən ilin anoloji dövrü ilə müqayisədə 1,4% azdır.
Mənbə:> Virtualaz.org