Azərbaycan neft və qaz istehsalını azaltdı » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Azərbaycan neft və qaz istehsalını azaltdı

Azərbaycan neft və qaz istehsalını azaltdı

İyulun 1-nə olan rəqəmlər açıqlandı.

2015-ci ilin birinci yarısında Azərbaycanda xam neft hasilatı (qaz kondensatı daxil olmaqla) 20 971,4 min ton dəyərində qeydə alınıb. Bu da əvvəki ilin müvafiq dövrünə nisbətən 1,7% azdır.

Oxu.Az Dövlət Statistika Komitəsinə (DSK) istinadən xəbər verir ki, 2015-ci ilin iyulun 1-nə hazır məhsul ehtiyatı isə 384,1 min ton təşkil edib.

Bundan başqa, yanvar-iyun ayları ərzində 14 660,7 milyon kub metr təbii qaz istehsal edilib ki, bu da 2014-cü ilin analoji dövrü ilə müqayisədə 3,7% azdır.

Qeyd edək ki, bir müddət əvvəl Energetika naziri Natiq Əliyev “Xəzər Neft və Qaz” konfransında bildirmişdi ki, Azərbaycan neft hasilatını sabit saxlamaq niyyətindədir:

“O, bildirmişdi ki, hazırda Azərbaycanda 42 milyon ton neft, 29 milyard kubmetr qaz hasil edilib.

“Qaz istehsalını 2 dəfə artırmaq, neft hasilatını isə hələlik sabit saxlamaq niyyətindəyik”, - deyə nazir əlavə etmişdi.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *