13 min metr yüksəklikdə dünyaya gələn körpə – FOTO
Türk Hava Yollarının Qvineya - İstanbul reysi ilə uçan Diaby Nafi adlı hamilə sərnişinin təyyarə havaya qalxdıqdan bir saat sonra Mali üzərində doğuş sancıları başlayıb.
AzNews.info-nun Trend-ə istinadən məlumatına görə, qadın ekipaj üzvlərinin köməyi ilə qız uşağı dünyaya gətirib.
13 min metr yüksəklikdə dünyaya gələn körpəyə sərnişinlər tərəfindən Kadiju adı qoyulub.
Təyyarə Burkina Fasoya eniş edib, ana və körpə səhiyyə işçiləri tərəfindən nəzarətə götürülüb. Onların hər ikisinin səhhətinin normal olduğu bildirilib.
Mənbə:> Trend