Hamilə qadının havada sancısı tutdu və...
Kanadalı bir qadının doqquz ay gözlədiyi körpə təyyarədə dünyaya göz açıb.
ANS PRESS-in məlumatına görə, Kanadanın Kalqari şəhərindən Yaponiyanın paytaxtı Tokio istiqamətində uçan “Air Canada” hava yollarına məxsus sərnişin təyyarəsində sürpriz doğum reallaşıb. Bu barədə şirkətin sosial şəbəkədəki səhifəsindən xəbər verilib.
Adı açıqlanmayan 36 həftəlik hamilə sərnişin Sakit okeanı üzərində olarkən sancılanıb. Əvvəlcə uçuş kapitanı təcili eniş etməyi düşünsə də, daha sonra sərnişinlər içərisində olan həkim qadının kömyinə çatıb.
Havada yaşanan təlaşa və narahatlığa görə təyyarə Tokio hava limanına yarım saat gec enib.
Ana və övladı təyyarənin hava limanına enməsinin ardınca xəstəxanaya aparılıb. Kloe adı verilən körpənin və anasının vəziyyətinin yaxşı olduğu bildirilir.
Mənbə:> ANSPRESS