Təyyarədə dünyaya gələn Türkiyə sakini aviaşirkətdə işə düzəldi
1990-cı ildə Turkish Airlines avialaynerində dünyaya gələn Türkiyə sakini Erkan Geldi bu şirkətə bort bələdçi kimi işə düzəlib.
Oxu.Az The Daily Mail-ə istinadən xəbər verir ki, Geldi İzmirdən Frankvurta uçan təyyarənin enişə getdiyi zaman dünyaya gəlib.
Oğlana layerin pilotunu adının verildiyi qeyd edilir.
“İngilis dili müəllimi” ixtisası üzrə bakalavr dərəcəsini aldıqdan sonra Geldi aviaşirkətə işədüəzlmək qərarına gəlir. Müsahibə də isə oğlan qeyd edib ki, o bu sənəti deyil, sənət onu seçib.
2009-cu ildə “AirAsia” daşıyıcının laynerlərinin birində dünyaya gələn uşağa ömürlük ödənişsiz uçuş hüququ verilib. Uşaq, təyyarə Kual-Lumpur üzərində 610 metr hündürlükdə olarkən dünyaya gəlib.
Mənbə:> Oxu.Az