65 yaşlı qadın dördəm dünyaya gətirdi
Berlin şəhər sakini, 13 uşağın anası 65 yaşlı Annegret Raunigk bu dəfə dördəm dünyaya gətirib - 3 oğlan, 1 qız.
Oxu.Az RTL-ə istinadən xəbər verir, Raunigk dördəm dünyaya gətirən ən yaşlı qadın olub.
Uşaqların çəkiləri 655-960 qramm arasında, boyları isə 30-35 santimetr arasında dəyişir. Onlar küvözdə saxlanılır.
Rekordsmen qadının hamiləlik dövrü 26 həftə olub.
Qeyd edək ki qadının ən yaşlı uşağının 40, ən balacası - Lyolyanın isə 10 yaşı var.
Mənbə:> Oxu.Az