Qadın Obamaya görə körpəsini tıxacda dünyaya gətirdi
ABŞ prezidenti Barak Obamanın Lusivillə (Kentukki ştatı) səfəri zamanı, amerikalı qadın körpəsini tıxacda dünyaya gətirməli olub, yerli WLKY portalı bildirib.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, saat 17.15-də təcili xidmətə zəng daxil olub. Tibb işçiləri qadının olduğu yerə çata bilməyiblər, belə ki, prezidentin gəlişi gözlənildiyi üçün bütün yollar bağlı idi.
Tıxacda qalmış tibb bacısı doğuşu qəbul etməyə yardım edib. Doğuş normal keçib. Uşaq dünyaya sağlam gəlib. Körpə oğlan və anası xəstəxanaya çatdırılıblar.
Bu, Obamanın kortecinin hamilə qadının xəstəxanaya çatmasına mane olduğu yeganə hal deyil. Keçən ilin iyul ayında Los-Ancelesdə doğuş sancıları tutan amerikalı qadın 2 saat avtobus dayanacağında gözləməli olub. Xəstəxanaya çatmaq üçün o sadəcə yolu keçməli idi, yol isə prezidentin kortecinin keçməsi üçün bağlı idi.
Mənbə:> Oxu.Az