Sabirabadda üçəm dünyaya gəlib
Şirvan şəhər Doğum Evində üçəm doğulub.
AzNews.info xəbər verir ki, Doğum Evindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, SAbirabad rayonunun Qaratəpə kənd sakini, 1991-ci il təvəllüdlü Kərimova Mədinə İmanverdi qızı bu gün 3 oğlan uşağı dünyaya gətirib.
Qeysəriyyə əməliyyatı ilə dünyaya gələn uşaqların çəkisi 2,5, 2,510 və 2,610 kiloqramdır. Həkimlər körpələrin vəziyyətinin normal olduğu bildirilib.
Mənbə:> APA