16 yaşlı oğlan dayısını öldürdü
Sabirabadda 16 yaşlı yeniyetmə dayısını bıçaqla qətlə yetirib.
Sabirabad polis şöbəsindən verilən məlumata görə, bu gecə saat 00.00 radələrində Sabirabad rayonunun Yaxa Dəllək kəndində qətl hadisəsi baş verib.
Sabirabad rayonunun Yaxa Dəllək kənd sakini 1999-cu il təvəllüdlü Hacıyev Cavad Cabir oğlu dayısı- həmin kəndin sakini 1972-ci il təvəllüdlü Hacıyev Vüqar Poladxan oğlunu bıçaqlayıb. İkinci xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Hal-hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları istintaq əməliyyatı aparılır. Hadisəni törədən şəxsin tutulması istiqamətində əməliyyat- axtarış tədbirləri həyata keçirilir.
Faktla bağlı Sabirabad rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
Mənbə:> ANSPRESS