Xaçmazda toyda qan düşdü
Ötən gecə Xaçmaz rayonunda toy zamanı qohumlar arasında qətl hadisəsi baş verib.
ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, şadlıq evlərinin birində toy gedən zaman dayıoğlu bibioğlu arasında mübahisə baş verib.
Mübahisə edənlər 1982-ci il təvəllüdlü Saleh Hacıyevlə 1986-cı il təvəllüdlü Rüfət Xeyrullayev arasında mübahisə olub. Mübahisə zamanı Saleh Hacıyev pilləkəndə dayanan dayısı oğlu Rüfət Xeyrullayevi itələyib. Nəticədə Rüfət yıxılıb və başı pilləkənə dəyib.
Hadisədən sonra Rüfət Xeyrullayev qalxaraq evə gedib. Lakin sonradan halı pisləşib və dünyasını dəyişib.
Hadisəni törədən Saleh Hacıyev saxlanılıb.
Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.
Mənbə:> ANSPRESS