Sabirabadda qohumların davası ölümlə nəticələnib
Sabirabad sakini küt alətlə qətlə yetirilib.
ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, aprelin 17-də Sabirabad şəhərində şəhər sakini Rafiq Sultanov münaqişə zəminində qohumu Şahin Hüseynova bıçaqla, Ş.Hüseynov isə ona küt alətlə xəsarət yetiriblər.
Nəticədə R. Sultanov hadisə yerində ölüb, Ş.Hüseynov isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırmalar aparılır.
Mənbə:> ANSPRESS