Bakıda şirkətdə ölüm
Bakı sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə martın 9-da Nizami rayonunun Keşlə qəsəbəsində baş verib.
Qəsəbə ərazisində yerləşən “Komfort-S” MMC-də operator işləyən Bakı şəhər sakini İsa Hüseynov şirkət binasının damından yıxılıb.
Xəstəxanaya yerləşdirilən İ.Hüseynov orada ölüb.
Faktla bağlı araşdırma aparılır.
Mənbə:> ANSPRESS