Bakıda ayağı kəsilən kişi öldü
Bakı sakini bədbəxt hadisə nəticəsində ölüb.
ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə dünən Sabunçu rayonunun Maştağa qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini Hidayət Mustafayev həyətində laqunda ilə taxta kəsərkən ehtiyatsız davranıb. Nəticədə laqunda onun ayağını kəsib.
H.Mustafayev qanaxmadan ölüb. Faktla bağlı araşdırma aparılır.
Mənbə:> ANSPRESS