Gözətçi özünü güllələdi
Bakıda kişi özü-özünü güllələyib. Hadisə Maştağa qəsəbəsində baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AN SPRESS-ə verilən məlumata görə, Sabunçu rayonunun Maştağa qəsəbə sakini Səfər Misirli gözətçi işlədiyi Zeytun Sovxozunun ərazisində ov tüfəngi ilə ehtiyatsız davranıb. Nəticədə o açdığı atəşdən ölüb.
Hadisə yerindən müvafiq sənədləri olan ov tüfəngi götürülüb.
Araşdırma aparılır.
Mənbə:> ANSPRESS