Şirvan sakini qonşusunu ürəyindən bıçaqladı
Şirvan sakini qonşunu qətlə yetirib.
AzNews.info APA-ya istinadən xəbər verir ki, Şirvan Şəhər Prokurorluğundan verilən məlumata görə, Şirvan şəhəri Neftçilər küçəsi, 36 ünvanında yaşayan, 1967-ci il təvəllüdlü Əsədi İlham Hüseynağa oğlu, ötən gün saat 20:35 radələrində qonşusu, Neftçilər küçəsi 5 ünvanında yaşayan, 1963-cü il təvəllüdlü Əliyev Rasim Müzəffər oğlu tərəfindən bıçaqlanaraq qətlə yetirilib.
Şirvan Şəhər Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə ürək nahiyəsindən bıçaq yarası diaqnozu ilə daxil olan İ. Əsədi əməliyyat olunsa da, çoxlu qan itirdiyindən onu xilas etmək mümkün olmayıb. Qətlin hansı səbəblərdən baş verdiyini istintaq araşdırır.
R. Əliyev polis tərəfindən saxlanılıb.
Faktla bağlı Şirvan Şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
Mənbə:> APA