Ordumuz şəhid verdi
Bu gün saat 14.30 radələrində erməni silahlı bölmələri atəşkəs rejimini növbəti dəfə pozaraq mövqelərimizi atəşə tutublar.
ANS PRESS Müdafiə Nazirliyinin saytına istinadla məlumatına görə, döyüş mövqeyində təhlükəsizlik qaydalarını pozduğundan Silahlı Qüvvələrimizin 1995-ci il təvəllüdlü, Ağstafa rayonundan hərbi xidmətə çağırılmış əsgəri Şəbiyev Kəramət Şəmkir oğlu düşmən tərəfindən atılan snayper atəşindən həlak olub.
Hadisə ilə bağlı cinayət işi başlanıb. Hərbi Prokurorluq tərəfindən faktla əlaqədar araşdırma aparılır.
Həmçinin bu gün saat 13.20 radələrində Silahlı Qüvvələrimizin 1996-cı il təvəllüdlü, Yevlax rayonundan hərbi xidmətə çağırılmış əsgəri Sadıqov Pərviz Vidadi oğlu infeksion-toksiki şok, hemorragik vaskulit, visseral forma, ildırım sürətli gedişli diaqnozu ilə Silahlı Qüvvələrin Baş Kliniki Hospitalına daxil olub.
Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb və xəstə saat 15.35 radələrində vəfat edib.
Hadisə ilə bağlı cinayət işi başlanıb. Hərbi Prokurorluq tərəfindən faktla əlaqədar araşdırma aparılır.
Müdafiə Nazirliyinin rəhbərliyi dünyasını dəyişmiş əsgərlərimizin valideynlərinə və doğmalarına dərin hüznlə başsağlığı verir və səbr diləyir. Ordumuz şəhid verdi
Əsgərimiz düşmən tərəfindən atılan snayper atəşindən həlak olub
Mənbə:> ANSPRESS